Lionel Messi Argentina - Avstriya matçının ən yaxşı oyunçusu olub

Futbol üzrə dünya çempionatında Argentina və Avstriya yığmaları arasında keçirilən J qrupunun II turunun matçının ən yaxşı oyunçusu bəlli olub.

"Report" xəbər verir ki, argentinalıların heyətində Lionel Messi oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, futbolçu sözügedən matçda (2:0) dubl müəllifi olub.

Digər xəbərlər