La Liqa təmsilçisi futbolçusu ilə müqavilə müddətini uzadıb

İspaniya La Liqası təmsilçisi "Sevilya" futbolçusu Xuanlu Sançeslə müqavilə müddətini uzadıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalanıb.

Bununla da o, 2029-cu ilə qədər "Sevilya"nın şərəfini qoruyacaq.

Qeyd edək ki, Xuanlu Sançes İspaniyanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvüdür.

Xəbər lenti