Konfrans Liqası: "Marsel"dən qələbə, "Roma" uduzub

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Report"un məlumatına görə, günün ilk matçında olduğu kimi, son 3 qarşılaşmada da meydan sahibləri uduzmayıblar.

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i evdə Yunanıstan PAOK-una 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində qolları Jerson Santos və Dmitri Payet vurublar. Qonaqlardan isə Ömər Əl-Kədduri fərqlənib.

Turnirin favoritlərindən İtaliya "Roma"sı Norveçdə "Budyo Qlimt"ə uduzub - 1:2. İngiltərədə "Lester" və Niderland PSV-si arasında baş tutan görüşdə isə qolsuz heç-heçə qeydə alınıb.

UEFA Konfrans Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. "Feyenoord" (Niderland) - "Slaviya" Praqa (Çexiya) - 3:3

Qollar: Luis Sinisterra, 10. Markos Senesi, 74, Orkun Kökçü, 86 - Peter Olayinka, 41. İra Sor, 67, İbrahim Traore, 90+5

23:00. "Marsel" (Fransa) - PAOK (Yunanıstan) - 2:1

Qollar: Jerson Santos, 13. Dmitri Payet, 45 - Ömər Əl-Kədduri, 48

Qırmızı vərəqə: Jerson Santos, 90+4 ("Marsel")

23:00. "Lester" (İngiltərə) - PSV (Niderland) - 0:0

23:00. "Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya) - 2:1

Qollar: Ulrik Saltnes, 56/ Uqo Vetlesen, 89 - Lorentso Pelleqrini, 43

Digər xəbərlər