"Keşlə" klubu futbolçusu Azər Salahlı ilə müqavilənin müddətini uzadıb.
Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 25 yaşlı müdafiəçi ilə yeni sözləşmə 1+1 şərti ilə bağlanılıb.
Qeyd edək ki, Azər Salahlı 2018-ci ilin yayından "Keşlə"də çıxış edir.