“Keşlə” klubu iki futbolçu ilə müqavilə bağlayıb

Bakı. 14 avqust. REPORT.AZ/ “Keşlə” klubu daha iki futbolçu ilə müqavilə bağlayıb.

Bu barədə “Report”a paytaxt təmsilçisinin meneceri Eldəniz Yusifov məlumat verib. O, bildirib ki, Samir Məsimovla 2, Ruslan Nəsirli ilə isə 1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Məsimov ötən mövsüm Rusiyanın “Fakel” komandasının formasını geyinib. Nəsirli isə MOİK-də çıxış edib. 

Digər xəbərlər