"Kəpəz" "Sabah"dan ayrılan hücumçunu transfer edib

"Kəpəz" daha bir futbolçunun transferini həll edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı hücumçu Mixeil Ergemlidze "sarı-göylər" şərəfini qoruyacaq.

Sonuncu klubu "Sabah" olan 23 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.

Digər xəbərlər