Kanada millisinin bombardiri Conatan Devid "Atletiko"ya keçib

Kanada millisinin futbolçusu Conatan Devid İspaniyanın "Atletiko" klubuna keçib.

"Report" xəbər verir ki, bu barədə La Liqa təmsilçisi məlumat yayıb.

Madrid komandası 26 yaşlı hücumçunu İtaliyanın "Yuventus" klubundan icarəyə götürüb. "Atletiko"nun onu mövsümün sonunda 25 milyon avroyaya almaq hüququ da var.

Xatırladaq ki, Conatan Devid 2025-ci ildən "Yuventus"da çıxış edib. O, 42 qolla Kanada millisinin bombardiridir.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52