Kanada - Bosniya və Herseqovina oyununun ən yaxşı futbolçusu açıqlanıb

Futbol üzrə dünya çempionatında Kanada və Bosniya və Herseqovina yığmaları arasında keçirilən B qrupunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.

"Report" xəbər verir ki, kanadalıların heyətində İsmael Kone oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, Kanada - Bosniya və Herseqovina oyunu 1:1 hesabı ilə yekunlaşıb.

Digər xəbərlər