İspaniyanın "Real" klubu yay transfer dönəmində əsas prioritetlərindən birini müəyyən edib.
"Report" yerli insayder Ramon Alvaresə istinadən xəbər verir ki, Madrid təmsilçisi İngiltərənin "Mançester Siti" komandasında çıxış edən Rodrini heyətinə qatmaq niyyətindədir.
İddiaya görə, "Kral klubu" artıq bu keçid üçün zəmin hazırlayır. Transferin baş tutmasında əsas amil oyunçunun fiziki durumudur. Yarımmüdafiəçinin tibbi göstəriciləri yaxşı olsa, diz zədəsini tam sağaltsa, "Real" 50 milyon avro ödəməyə hazırdır.
Məbləğin az olmasının əsas səbəbi Rodrinin "şəhərlilər"lə müqaviləsinin müddətinin 2027-ci ilin yayınadək qüvvədə olmasıdır.
Qeyd edək ki, Rodri cari mövsüm zədələr ucbatından "Mançester Siti"də 23 oyuna çıxıb və 1 qol vurub.