İspaniya millisinin baş məşqçisinin müqavilə müddəti artırılıb

İspaniya millisinin baş məşqçisi Luis de la Fuentenin müqavilə müddəti artırılıb.

"Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.

63 yaşlı mütəxəssis yığma ilə 2028-ci ilə qədər yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, Luis de la Fuente 2022-ci ildən İspaniya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2024-cü ildə Avropa çempionatının qalibi olub.

Digər xəbərlər