"Liverpul" İngiltərə Premyer Liqasının XVII turunda səfərdə "Tottenhem"i məğlub edib.
"Report"un məlumatına görə, Londondakı "Tottenhem Hotspur" stadionunda keçirilən oyun 2-1 hesabı ilə mersisaydlıların xeyrinə başa çatıb.
Oyunu Con Bruksun rəhbərliyi ilə hakimlər briqadası idarə edib.
33-cü dəqiqədə londonluların yarımmüdafiəçisi Xavi Simons meydandan qovulub. 57-ci dəqiqədə Aleksander İsak hesabı açaraq qonaqlara üstünlük qazandırıb. İsveçli qol zamanı zədələnib və onun yerinə Brennan Conson çıxıb.
66-cı dəqiqədə Uqo Ekitike "Liverpul"un hesabdakı üstünlüyünü ikiqat artırıb. Rişarlison 83-cü dəqiqədə qolların birinin əvəzini çıxıb. 90+4-cü dəqiqədə Kristian Romero ikinci sarı vərəqə alıb.
Bu oyundan sonra "mahmızlar" Premyer Liqada 22 xalla 13-cü, "qırmızılar" isə 29 xalla beşinci yerdədir.