Patrik Klyuvertin baş məşqçisi olduğu İndoneziya millisi DÇ-2026-nın seçmə mərhələsində Avstraliya millisinə böyük hesabla uduzub.
"Report" xəbər verir ki, yığma niderlandlı mütəxəssisin başçılığı altında çıxdığı ilk rəsmi matçda rəqibinə 1:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Niderland millisinin və "Barselona"nın (İspaniya) sabiq futbolçusu olan P.Klyuvert bu ilin yanvarından İndoneziya seçməsini çalışdırır. Onun komandası yer aldığı C qrupunda 6 xalla beşincidir. Avstraliyalılar 10 xalla ikinci sırada qərarlaşıb.