İspaniya millisinin üzvü "Atletiko"dan ayrılacağını açıqladı

İspaniya "Atletiko"sunun futbolçusu Saul Nyiges Madrid təmsilçisindən ayrılır.

"Report"un məlumatına görə, bu barədə 26 yaşlı yarımmüdafiəçi özünün "Twitter" səhifəsində paylaşım edib.

İspaniyalı oyunçu bildirib ki, 3 gündən sonra başqa komandaya keçəcək.

Qeyd edək ki, 2012-ci ildən "Atletiko"da çıxış edən İspaniya millisinin üzvü cari mövsüm 37 oyuna 4 qol vurub. Saul Nyigesin İngiltərənin "Mançester Yunayted" klubuna transfer olunacağı gözlənilir.

Digər xəbərlər