Gürcüstanlı qapıçı La Liqada aprelin ən yaxşı futbolçusu adına namizəddir

İspaniya təmsilçisi "Valensiya"nın gürcüstanlı qapıçısı Georgi Mamardaşvili La Liqada aprel ayının ən yaxşı futbolçusu adına namizəddir.

"Report" xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

24 yaşlı qolkiperlə yanaşı, mükafat uğrunda dörd futbolçu - Pedri Lopes ("Barselona"), Julian Alvares ("Atletiko"), Xavi Puado ("Espanyol") və Serxi Darder ("Malyorka") mübarizə aparır.

Qeyd edək ki, ötən ay "Betis"in yarımmüdafiəçisi İsko La Liqada ən yaxşı oyunçu seçilib.

Xəbər lenti