Boliviyada "Strongest" və "Nasyonal Potosi" komandaları arasında yoldaşlıq matçı zamanı maraqlı hadisə baş verib.
"Report"un məlumatına görə, futbolçularından birinin butsunu oğurlayan it meydana daxil olub. O, otun üzərində uzanaraq, butsu çeynəməyə başlayıb.
Daha sonra oyunçulardan biri iti qucağına alıb və meydandan çıxarıb.