Futbolçu qol vurduqdan sonra tablodakı rəqəmi əli ilə dəyişdirib - VİDEO

Bakı. 6 mart. REPORT.AZ/ Qvatemalada "Deportivo Karça" və "Deportivo Cokotan" komandaları arasında keçirilmiş futbol matçında maraqlı hadisə baş verib.

"Report" xəbər verir ki, "Deportivo Karça"nın futbolçusu Luis Akunya qol sevincini qeyri-adi şəkildə qeyd edib.

Argentinalı yarımmüdafiəçi 80-ci dəqiqədə penalti zərbəsindən fərqləndikdən sonra tablodakı hesabı şəxsən özü dəyişib. Hətta bu hərəkətinə görə oyunçuya xəbərdarlıq da edilib.

Qeyd edək ki, Luis Akunyanın qolu komandasına qələbə qazandırıb.

Digər xəbərlər