Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində l tura yekun vurulub.
"Report" xəbər verir ki, sonuncu oyun günündə 3 qrupda 8 qarşılaşma təşkil olunub. Bunların yarısı meydan sahiblərinin 2:1 hesablı inamlı qələbələri ilə yekunlaşıb.
F qrupunda mübarizə aparan İspaniya evdə Norveçə qalib gəlib. Bu matçda qollardan 2-si penalti ilə vurulub. UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer almış Malta və Farer adaları yığmaları AVRO-2020-nin seçmə mərhələ oyununda da üz-üzə gəliblər. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. F qrupunun digər matçında İsveç Rumıniyanı eyni hesabla yenib. Hazırda Robert Prosineçkinin rəhbərlik etdiyi Bosniya və Herseqovina yığması isə evdə Ermənistanı məğlub edib.
Daha 3 qarşılaşma 2:0 hesablı nəticə ilə əlamətdar olub. Günün ilk matçında Gürcüstan öz meydanında İsveçrəyə, son oyunlardan birində Lixtenşteyn evdə Yunanıstana, Finlandiya isə səfərdə İtaliyaya 2 cavabsız qolla uduzub.
Nəhayət, İrlandiya səfərdə Cəbəllütariqlə görüşdə minimal hesablı qələbə qazanıb.
AVRO-2020, seçmə mərhələ
I tur
D qrupu
18:00. Gürcüstan – İsveçrə - 0:2
Qollar: Stiven Tsuber, 56. Denis Zakaria, 80