UEFA Millətlər Liqasında IV turun növbəti matçları keçirilib.
"Report"un məlumatına görə, turun ikinci oyun günündə A, B və C Liqalarında 5 görüş baş tutub.
A Liqasının 1-ci qrupunda lider Danimarka Avstriyanı qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb. Axırıncı pillədəki Fransa isə Xorvatiya ilə ev oyununda məğlubiyyətə uğrayıb - 0:1. Bununla da son dünya çempionlarının qrup lideri ola bilməyəcəyi dəqiqləşib.
Rusiyanın diskvalifikasiyası fonunda B Liqasının 2-ci qrupunda yeganə görüşü İslandiya və lider İsrail arasında olub. Matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.
Nəhayət, C Liqasında 3-cü qrupun liderlik uğrunda matçında Qazaxıstan Slovakiyanı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 10-a çatdıran Qazaxıstan ən yaxın izləyicisini 4 xal geridə qoyub. Azərbaycan millisi isə qrupda ilk qələbəsini Belarus üzərində qazanaraq, 4 xalla 3-cü pilləyə qalxıb.
UEFA Millətlər Liqası
IV tur
13 iyun
A Liqası
1-ci qrup
22:45. Danimarka - Avstriya - 2:0
Qollar: Yonas Vind, 21. Andreas Skov Olsen, 37