Fransa Qazaxıstanı darmadağın edib

2022-ci il futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyun baş tutub.

“Report” xəbər verir ki, D qrupunda Fransa öz meydanında Qazaxıstanı qəbul edib.

Oyun Fransanın 8 cavabsız qolu ilə bitib. Kilian Mbappe poker, Benzema isə dubl edib. Daha sonra Rabio və Antuan Qrizmann fərqlənib.

Nəticədə Fransa mundialın final mərhələsinə vəsiqə qazanıb.

Digər xəbərlər