"Fənərbağça" 2011-ci ildə oyun alqı-satqısı iddiasına görə keçirilməyən Türkiyə Super Kuboku uğrunda matçın oynanılmasını tələb edib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb.
"Sarı-lacivərdlilər" danışılmış oyunlarda ittiham olunan klubun sabiq prezidenti Aziz Yıldırımla bağlı Ali Məhkəmənin bəraət hökmündən sonra bu addımı atıb.
Qeyd edək ki, "Fənərbağça" Türkiyə Super Liqasında 2010/2011 mövsümünü çempion kimi başa vurub. "Bülbüllər" superkubok uğrunda ölkə kubokunun ovaxtkı qalibi "Beşiktaş"la qarşılaşmalı olsa da, oyun məlum qalmaqal səbəbindən baş tutmayıb.