Estoniyalı futbolçu: "Neftçi"nin çıxışı arzuolunan səviyyədə deyil"

"Neftçi"nin çıxışı arzuolunan səviyyədə deyil".

Bunu "Report"a müsahibəsində "ağ-qaralar"ın estoniyalı sabiq futbolçusu Dmitri Kruqlov deyib.

Hazırda "Levadiya"nın U-17 komandasına rəhbərlik edən mütəxəssis bu cür tarixi olan klubun daha yaxşısına layiq olduğunu bildirib.

Kruqlov "Qarabağ"ın son illər ölkə çempionatında hegemonluğuna da toxunub: "Qarabağ" səviyyəni həddindən artıq yuxarı qaldırıb. Bu komanda göstərdi ki, onlarla rəqabət aparmaq üçün nəyə can atmaq lazımdır".

Dmitri Kruqlovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz

Digər xəbərlər