Erik Yirka: "Azərbaycan millisinə uduzduğumuz üçün emosiyalar neqativdir"

"Qol vurmağıma baxmayaraq, emosiyalar neqativdir. Çünki qalib gələ bilmədik".

"Report"un məlumatına görə, bunu Slovakiya yığmasının futbolçusu Erik Yirka evdə Azərbaycana 1:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan sonra deyib.

Komandasının yeganə qolunun müəllifi olan 25 yaşlı yarımmüdafiəçi ələ düşən fürsətlərdən istifadə edə bilmədiklərini söyləyib: "Bu isə xalsız qalmağımıza səbəb oldu. İkinci hissədə yaxşı oynadıq, çoxlu hücum etdik. Amma yetmədi".

Penaltidən fərqlənən futbolçu zərbəni vurmağı ona həvalə edən komanda yoldaşlarına minnətdarlığını bildirib.

Digər xəbərlər