Dmitri Nazarovun koronavirus testinin nəticəsi açıqlandı

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun klubu Almaniya "Ertsgebirge"sinin üzvlərindən növbəti dəfə götürülmüş koronavirus testinin nəticələri açıqlanıb. 

"Report"un II Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, klubun işçiləri, futbolçular və məşqçilər heyətinin heç birində virusun simptomları aşkarlanmayıb.

Qeyd edək ki, mayın 16-da Almaniyanın əsas və II Bundesliqasında cari mövsüm bərpa olunacaq. "Ertsgebirge" XXVI turda evdə "Zandhauzen"i qəbul edəcək. Görüş Bakı vaxtı ilə 15:00-da başlayacaq.

Aue təmsilçisi 25 turdan sonra 34 xalla 8-ci pillədədir.

Digər xəbərlər