Futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə I turun növbəti oyunları keçirilib.
"Report" xəbər verir ki, I, J və L qruplarında ümumilikdə 6 görüş baş tutub.
Günün ən erkən oyunu saat 18:00-da Lixtenşteyn və Şimali Makedoniya arasında oynanılıb. 3 saat sonra Moldova yığması Norveçi, Monteneqro isə Cəbəllütariq millisini sınağa çəkib.
Digər 3 matç isə saat 23:45-də start götürüb.
22 mart
I qrupu
21:00. Moldova – Norveç 0:5
23:45. İsrail – Estoniya 2:1
J qrupu
18:00. Lixtenşteyn - Şimali Makedoniya 3:0
23:45. Uels – Qazaxıstan 3:1
L qrupu
21:00. Monteneqro - Cəbəllütariq 3:1
23:45. Çexiya - Farer adaları 2:1