Xorvatiya, Serbiya və İspaniya DÇ-2022-yə, Portuqaliya, İsveç, Rusiya və Şimali Makedoniya pley-offa vəsiqə qazanıb

Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində axırıncı turun ilk oyun gününə yekun vurulub.

"Report"un məlumatına görə, X turda son olaraq, A və B qruplarında 4 görüş keçirilib. Qarşılaşmaların yekununda Serbiya və İspaniya yığmaları qrup qalibləri kimi Qətərdə təşkil olunacaq dünya çempionatına birbaşa vəsiqə qazanıb.

A qrupunda Portuqaliya Serbiya ilə ev oyununda hesabı erkən qolla açsa da, sonda məğlubiyyətlə üzləşib. Əzmkar hesabla qalib gələn Serbiya millisi xallarını 21-ə çatdıraraq, 1-ci yeri tutub.

Qrupun digər görüşündə İrlandiya səfərdə Lüksemburqa 3:0 hesabı ilə qalib gələrək, "cırtdanlar"la eyni miqdarda - 9 xal toplayıb və vurulan-buraxılan topların fərqində daha yaxşı göstəriciyə malik olduğu üçün 3-cü pilləyə yüksəlib.

B qrupunda isə İspaniya Serbiyanı minimal hesabla yenib və xalını 19-a çatdıraraq, skandinaviyalılardan 4 xal aralanıb. Qrupun digər oyununda Yunanıstan evdə Kosovo ilə 1:1 hesablı heç-heçə edərək, 10 xalla 3-cü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa və Xorvatiya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya və Şimali Makedoniya millilərinin çıxış edəcəkləri dəqiqləşib.

DÇ-2022, seçmə mərhələ
X tur
14 noyabr

A qrupu

23:45. Lüksemburq - İrlandiya - 0:3

Qollar: Şeyn Daffi, 67. Çidozi Oqbene, 75. Kallum Robinson, 88

23:45. Portuqaliya - Serbiya - 1:2

Qollar: Renatu Sançiş, 2 - Duşan Tadiç, 33. Aleksandar Mitroviç, 90

Digər xəbərlər