DÇ-2022: Türkiyə millisi darmadağın olub, Serbiya xal itirib

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VI tura start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə 5 qrupda 13 qarşılaşma baş tutub.

A qrupunda yer alan Azərbaycan millisi Portuqaliyanı qəbul edib və 0:3 hesabı ilə uduzub. Qrupun digər matçında Serbiya səfərdə İrlandiyanın müqavimətini qıra bilməyib - 1:1.

Son dünya çempionu Fransa Finlandiyaya qalib gəlib - 2:0. D qrupunda digər matçında Bosniya və Herseqovina evdə Qazaxıstanla bacarmayıb.

G qrupunda mübarizə aparan Türkiyə seçməsi isə səfərdə Niderlanda 1:6 hesabı ilə uduzub.

DÇ-2022, seçmə mərhələ
VI tur
4 sentyabr

A qrupu

20:00. Azərbaycan - Portuqaliya - 0:3

22:45. İrlandiya - Serbiya - 1:1

Xal durumu:Portuqaliya - 13, Serbiya - 11, Lüksemburq - 6 (4 oyuna), İrlandiya - 2, Azərbaycan - 1

D qrupu

22:45. Bosniya və Herseqovina - Qazaxıstan - 2:2

22:45. Fransa - Finlandiya - 2:0

Digər xəbərlər