Çempionlar Liqası: Yarımfinala vəsiqə qazanan ilk 2 komandanın adı müəyyənləşib - VİDEO - FOTO

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanan ilk 2 komandanın adı müəyyənləşib.

"Report"un məlumatına görə, bunlar İspaniya "Barselona"sı ilə Hollandiya "Ayaks"ıdır. Onlar 1/4 final mərhələsində müvafiq olaraq, İngiltərənin "Mançester Yunayted" və İtaliyanın "Yuventus" klublarını mübarizədən kənarlaşdırıblar.

Hər iki cavab görüşündə qapılara 3 qol vurulub. "Barselona" İngiltərədəki ilk görüşdə 1:0 hesabı yendiyi "Mançester Yunayted"i "Nou Kamp"da darmadağın edib. İlk iki qolu 16-cı və 20-ci dəqiqələrdə Lionel Messi vurub. Son nöqtəni isə 61-ci dəqiqədə Filippe Koutinyo qoyub. 12-ci dəqiqədə isə almaniyalı baş hakim Feliks Brıx meydan sahiblərinin lehinə penalti təyin etsə də, VAR sisteminə müraciətdən sonra qərarını ləğv edib.

Digər xəbərlər