Cənubi Amerika zonasında 2022-ci il dünya çempionatının seçmə oyunları koronavirus səbəbindən təxirə salınıb.
"Report"un məlumatına görə, bu qərarı FIFA Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) ilə məsləhətləşmələrdən sonra qəbul edib.
Qərara əsasən 22 - 31 martda keçirilməsi planlaşdırılan görüşlər daha gec tarixlərə ertələnib.
Qeyd edək ki, DÇ-2022 Qətərdə təşkil olunacaq. Mundial ilk dəfə yayda yox, noyabr-dekabr aylarında keçiriləcək.