UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulub.
"Report"un məlumatına görə, daha dörd qarşılaşma keçirilib.
"Qarabağ" öz meydanında "Nyukasl"a 1:6, "İnter" isə səfərdə "Budyo Qlimt"ə 1:3 hesabı ilə məğlub olub. "Atletik" Belçikada "Brügge" ilə heç-heçə (3:3) edib, "Bayer 04" isə Yunanıstanda "Olimpiakos"a iki cavabsız qolla qalib gəlib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
"Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə) 1:6
"Olimpiakos" (Yunanıstan) - "Bayer 04" (Almaniya) 0:2
"Budyo Qlimt" (Norveç) - "İnter" (İtaliya) 3:1
"Brügge" (Belçika) - "Atletik" (İspaniya) 3:3
Qeyd edək ki, pley-off mərhələsinin cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.