Çempionlar Liqası: "Çelsi"dən inamlı qələbə, "Yuventus" heç-heçə edib

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

"Report"un məlumatına görə, turnirin son qalibi "Çelsi" İngiltərədə Fransanın "Lill" klubu ilə üz-üzə gəlib. "Stemford Bric" stadionundakı görüş London təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 8-ci dəqiqədə Kay Haverts və 63-cü dəqiqədə Kristian Pulişiç vurublar.

Gecənin digər oyununda İtaliya "Yuventus"u İspaniyada "Vilyarreal"ı sınağa çəkib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Görüşdə hesabı 32-ci saniyədə Turin klubunun hücumçusu Duşan Vlahoviç açıb. Lakin qonaqlar 66-cı dəqiqədə üstünlüyü əldən veriblər. Daniel Parexo bərabərlik qolunun müəllifi olub.

Komandalar arasında cavab oyunları martın 16-də gerçəkləşəcək.

UEFA Çempionlar Liqası, 1/8 final

İlk oyunlar

22 fevral

00:00. "Çelsi" (İngiltərə) - "Lill" (Fransa) - 2:0

Qollar: Kay Haverts, 8. Kristian Pulişiç, 63

Baş hakim: Xesus Hil Mansano (İspaniya)

Digər xəbərlər