Bundesliqa təmsilçisi futbolçusu ilə müqavilə müddətini uzadıb

Almaniya Bundesliqası təmsilçisi "Union" futbolçusu Kristofer Trimmellə müqavilə müddətini uzadıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2025/2026 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Avstriyalı müdafiəçi 2014-cü ildən "Union"da çıxış edir.

Qeyd edək ki, K.Trimmel komandasının heyətində indiyə qədər 355 oyunda meydana çıxıb, 5 qol müəllifi olub. 2009-cu ildən Avstriya millisinin formasını geyinən müafiəçi yığmada oynadığı 22 matçda 1 dəfə fərqlənib.

Xəbər lenti