Buffon təhqirə görə cərimələndi

İtaliyanın "Yuventus" klubunun oyunçusu Canluici Buffon 5 000 avro məbləğində cərimələnib.

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, buna 43 yaşlı qapıçının A Seriyasının "Parma" ilə matçında (4:0) təhqirə yol verməsi səbəb olub.

İntizam komitəsi əvvəlcə təcrübəli qolkiperə bir oyunluq cəza vermək istəsə də, sonradan qərarını dəyişib.

Qeyd edək ki, Canluici Buffon "İnter"ə 2:1 hesabı ilə qalib gəldikləri İtaliya Kubokunun yarımfinal mərhələsinin ilk matçı zamanı da analoji hərəkətdə şübhəli bilinirdi. Lakin səsyazısı aydın eşidilmədiyi üçün ittiham sübuta yetirilməmiş hesab edilib.

Digər xəbərlər

Bakıda AFFA Fitnes C kursu başlayıb 15 sentyabr, 2026 / 17:17
Arsenal Fermin Lopeslə maraqlanır 15 sentyabr, 2026 / 16:09