​Bu gün futbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulacaq

Bakı. 17 Avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.

“Report” xəbər verir ki, turun son qarşılaşması çərçivəsində Bakının iki klubu - “İnter” və “Neftçi” üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtilə 21:00-da “İnter Arena”da keçiriləcək. Matçın baş hakimi Orxan Məmmədovdur.

Digər xəbərlər