Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.
"Report" xəbər verir ki, turun son oyun günündə "Zirə" "Sabah"ı qəbul edəcək.
Komandalar müvafiq olaraq turnir cədvəlində 15 xalla dördüncü və beşinci pillələrdə qərarlaşıblar. Zirə Olimpiya İdman Kompleksində baş tutacaq matçın start fiti saat 17:30-da səslənəcək.
Turun bağlanış qarşılaşması isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yerli komanda ilə "Turan Tovuz" arasında reallaşacaq. I dövrəni 3-cü pillədə başa vuran qərb təmsilçisi uğurlu seriyanı davam etdirmək niyyətindədir. Doğma publika önündə çıxış edən "Sumqayıt" isə hazırda yer aldığı 9-cu pillədən qurtulmaq üçün qələbə qazanmağa çalışacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
II dövrə, X tur
20 oktyabr
17:30.“Zirə” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə Olimpiya İdman Kompleksi.
20:00.“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Kəpəz"i 5:0, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0, "Neftçi" isə "Səbail"i 3:1 hesabı ilə məğlub edib.
Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq
Digər xəbərlər
Azər Məmmədov: Kəpəz artıq rəqibləri üçün asan rəqib hesab olunmur
22 noyabr, 2026 / 19:39
Qurban Qurbanov: Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik
22 noyabr, 2026 / 19:16
Premyer Liqa: Kəpəz evdə Qarabağla heç-heçə edib
22 noyabr, 2026 / 18:56
Kəpəz - Qarabağ oyununda topa rəmzi toxunuş olub, matçı 16 minə yaxın azarkeş izləyir
22 noyabr, 2026 / 17:31
Araz-Naxçıvana qalib gələn Neftçi turnir cədvəlində vahid liderə çevrilib
22 noyabr, 2026 / 16:24
Gəncədə azarkeşlər Kəpəz - Qarabağ matçı öncəsi stadiona axışır, rekord yenilənəcək
22 noyabr, 2026 / 16:03
PSJ Bornmutun hücumçusunu 95 milyon avroya ala bilər
22 noyabr, 2026 / 15:30
Leandro Paredes müsahibə zamanı huşunu itirib
22 noyabr, 2026 / 11:41
Futzal üzrə hakim-inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
22 noyabr, 2026 / 11:29
Premyer Liqa: Bu gün Qarabağ Gəncədə Kəpəzin qonağı olacaq
22 noyabr, 2026 / 09:05
Real Madrid öz meydanında Selta üzərində qələbə qazanıb
22 noyabr, 2026 / 02:12
Qəbələ səfərdə Şəfanı məğlub edib
21 noyabr, 2026 / 19:04
Şəfanın futbolçusu Elnur Cəfərov Ayın qolu layihəsi çərçivəsində mükafatlandırılıb
21 noyabr, 2026 / 17:48
Azərbaycan Premyer Liqası: Turan Tovuz səfərdə Şamaxını məğlub edib
21 noyabr, 2026 / 16:26
Ayvan Touni İngiltərə Premyer Liqasına qayıda bilər
21 noyabr, 2026 / 15:36
Zəngəzur UEFA Regionlar Kubokunda ilk matçını keçirib
21 noyabr, 2026 / 14:50
Sauthempton baş məşqçisi Tonda Ekkertlə müqavilə müddətini uzadıb
21 noyabr, 2026 / 13:04
Çelsi azarkeşlərinin davranışına görə 150 min funt sterlinq cərimələnib
21 noyabr, 2026 / 11:12
Harri Keyn zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq
21 noyabr, 2026 / 10:10
Zəngəzur UEFA Regionlar Kubokunda bu gün ilk oyununa çıxacaq
21 noyabr, 2026 / 10:01