"Beşiktaş" "Bayer 04"ün forvardı Ernest Pokunu icarəyə götürüb

Türkiyənin "Beşiktaş" klubu Almaniyanın "Bayer 04" komandasının forvardı Ernest Pokunu icarəyə götürüb.

"Report" İstanbul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Anlaşmada müəyyən şərtlərlə futbolçunun transfer hüquqlarının sonradan satın alınması öhdəliyi yer alıb.

22 yaşlı niderlandlı hücumçu 2025-ci ilin avqustundan "Bayer 04"də forma geyinir və Leverkuzen təmsilçisi ilə müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir. O, 2025/2026 mövsümündə 49 matçda meydana çıxaraq 6 qol vurub və 10 məhsuldar ötürmə edib.

Oyunçu daha əvvəl yetirməsi olduğu AZ komandasında çıxış edib. "Transfermarkt" portalı onun dəyərini 25 milyon avro qiymətləndirir.

Digər xəbərlər