"Bavariya" 17 yaşlı futbolçu ilə müqavilə imzalamaq üçün razılığa gəlib

Almaniya təmsilçisi "Bavariya" Ekvadorun 17 yaşadək futbolçulardan ibarət millisinin mərkəz müdafiəçisi Virxilio Olaya ilə müqavilə imzalamaq üçün razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçu fevralda Münhen klubu ilə 4,5 illik müqavilə imzalayacaq. "Bavariya" artıq onun icarə əsasında oynaması üçün uyğun klub axtarır.

Qeyd edək ki, V.Olaya Ekvadorun "Aukas" klubunda çıxış edir.

Digər xəbərlər