"Barselona"nın hücumçusu Rafinya İspaniya Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Albasete"yə qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçunun sağ budunun yaxınlaşdırıcı əzələsində dartılma baş verib.