Bakı. 28 sentyabr. REPORT.AZ/ İspaniyanın “Barselona” komandasının futbolçusu Samuel Yumtiti ciddi zədə alıb.
“Report” AS-a istinadən xəbər verir ki, məşq zamanı 25 yaşlı mərkəz müdafiəçisinin sol ayağının diz bağları qırılıb. Onun bir neçə ay oynaya bilməyəcəyi proqnozlaşdırılır.
Beləliklə, baş məşqçi Ernesto Valverdenin sərəncamında cəmi 3 mərkəz müdafiəçisi - Jerar Pike, Kleman Lanqle və Tomas Vermalen qalıb.
Qeyd edək ki, “Barselona” sentyabrın 29-da La Liqanın VII turu çərçivəsində “Atletik”i qəbul edəcək.