"Barselona" Messinin het-triki sayəsində qələbə qazanıb - VİDEO - NƏTİCƏLƏR

Bakı. 8 aprel. REPORT.AZ/ "Barselona" futbol üzrə İspaniya çempionatının 31-ci turunda "Leqanes" üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, "Kamp Nou" stadionunda keçirilən görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Lionel Messi het-trik edib.

"Barselona" bu qələbə sayəsində xallarının sayını 79-a çatdırıb və turnir cədvəlində liderliyini davam etdirir, "Leqanes" 36 xalla 14-cü yerdədir.

İspaniya Primerosu. 31-ci tur

"Barselona" — "Leqanes" — 3 : 1

Qollar: 1:0 – Messi – 27, 2:0 – Messi – 32, 2:1 – El-Zhar – 68, 3:1 – Messi – 87

Digər xəbərlər