"Barselona" futbol üzrə İspaniya çempionatının dördüncü turunda səfərdə "Valensiya"nı darmadağın edib.
"Report"un məlumatına görə, oyun Kataloniyanın paytaxtında "Yohan Kroyf Arena" stadionunda 6 min tamaşaçının iştirakı ilə keçirilib və 6:0 hesabı ilə başa çatıb.
Qaliblərin heyətində Fermin Lopez, Rafinya və Robert Levandovski iki dəfə fərqləniblər.
Bu qələbədən sonra Hans-Diter Flikin rəhbərlik etdiyi komanda 10 xal toplayıb və turnir cədvəlində ikinci pilləyə yüksəlib.
"Real Madrid" "La Liqa"ya liderlik edir, Xabi Alonsonun komandası dörd oyundan sonra 12 xalı var.