"Barselona" Denzel Dyumfrisin xidmətində maraqlıdır

İspaniya təmsilçisi "Barselona" İtaliyanın "İnter" klubunun sağ cinah müdafiəçisi Denzel Dyumfrisin xidmətində maraqlıdır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin iki oyununda 2 qol vuran və 3 məhsuldar ötürmə ilə yadda qalan 29 yaşlı futbolçu kataloniyalıların diqqətini çəkib.

Niderlandlı futbolçu müdafiədən hücuma sürətli çıxışları ilə seçilir.

Qeyd edək ki, Denzel Dyumfris 2021-ci ildən "İnter"in heyətində çıxış edir. O, Milan təmsilçisinə Niderlandın PSV klubundan keçib.

Digər xəbərlər

Bavariyada məşqçi təyinatı olub 02 yanvar, 2026 / 13:31