Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığması Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək UEFA İnkişaf turnirinə qatılacaq.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk rəqib Bosniya və Herseqovina olacaq.
Digər oyunlar isə aprelin 19-da təşkilatçı ölkəyə, aprelin 21-də isə Qazaxıstana qarşı keçiriləcək. Bütün görüşlər saat 11:00-da başlayacaq.
Yığma Podqoritsaya bu heyətlə yollanacaq:
| SOYAD | AD | KLUB |
| Əskərzadə | Elvira | Fidan |
| Əliyeva | Nərgiz | Mingəçevir |
| Gözəlova | Minarə | Təhsil |
| Qurbanova | Lamiyə | Qəbələ |
| Mirzəliyeva | Nigar | Mingəçevir |
| Niftəliyeva | Ləman | Fidan |
| Əlizadə | Lamiyə | Təhsil |
| İldırımova | Jalə | Sumqayıt |
| Əbdülrəhmanova | Fidan | Araz |
| Muradova | Aysun | Zaqatala |
| Nemətova | Aytac | Təhsil |
| Əliyeva | Umnisə | Fidan |
| Əhmədli | Nərmin | Təhsil |
| Əliyeva | Coşqunə | Mingəçevir |
| Bayramova | Ramilə | Təhsil |
| Mustafazadə | Ləman | İmişli |
| Rəhimova | Sona | Təhsil |
| Abulashvili | Anna | Qəbələ |