Azərbaycan Premyer Liqasında XIV turun növbəti iki oyunu bu gün keçiriləcək

Misli Premyer Liqasında XIV turun növbəti iki oyunu bu gün keçiriləcək.

"Report"un məlumatına görə, matçlardan biri Bakıda, digəri Sumqayıtda baş tutacaq.

Günün ilk matçında "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gələcək. Qarşılaşma "Liv Bona Dea Arena"da, saat 17:00-da start götürəcək. Naxçıvan təmsilçisi 20 xalla 6-cı, Gəncə klubu 6 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Sumqayıt" "İmişli"ni qəbul edəcək. Bu oyun saat 19:30-da başlanacaq. Meydan sahibləri 23 xalla 5-ci, qonaqlar 15 xalla 9-cu sıradadır.

Misli Premyer Liqası

II dövrə, XIV tur

9 dekabr

17:00. "Araz-Naxçıvan" – "Kəpəz"

Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

"Liv Bona Dea Arena"

19:30. "Sumqayıt" – "İmişli"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.

VAR: Əli Əliyev.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Digər xəbərlər