Azərbaycan Premyer Liqası: "Zirə" "Sumqayıt"ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

"Zirə" komandası "Sumqayıt"ı qəbul edəcək. Hazırda paytaxt klubu 8 xalla 4-cü, "gənclik şəhəri" təmsilçisi isə 7 xalla 5-ci pillədə qərarlaşıb.

Bu, komandaların Premyer Liqada 24-cü dueli olacaq. Əvvəlki 23 matçın 10-da meydan sahibləri, 6-da isə qonaqlar meydanı 3 xalla tərk edib. Topların fərqində də "Zirə" üstündür - 29:21.

"Qartallar" çempionatda rəqibinə qarşı keçirdiyi son 6 oyunda qələbə qazanmayıb. Son 3 görüş isə heç-heçə ilə nəticələnib.

Azərbaycan Premyer Liqası, VI tur

1 oktyabr (cümə)

19:30. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun iki oyunu oktyabrın 2-də gerçəkləşəcək. "Keşlə" "Sabah"ı, "Səbail" "Neftçi"ni qəbul edəcək. Tura oktyabrın 3-dəki “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Digər xəbərlər