Azərbaycan Premyer Liqası: XV turda daha iki görüş baş tutacaq

Misli Premyer Liqasının XV turunda bu gün daha iki görüş baş tutacaq.

"Report"un məlumatına görə, əvvəlcə "Kəpəz" Yevlax şəhər stadionunda "Qəbələ"ni qəbul edəcək.

Rəvan Həmzəzadənin idarə edəcəyi görüş 14:00-da start götürəcək. "Qəbələ" hazırda turnir cədvəlində 8 xalla 10-cu pillədə qərarlaşıb. 6 xala malik Gəncə təmsilçisi isə 11-cidir.

Günün sonuncu görüşü "Azərsun Arena"da keçiriləcək. "Qarabağ" evdə "Araz-Naxçıvan"la üz-üzə gələcək. Rəşad Əhmədovun baş hakimi olacağı matç 17:30-da başlayacaq. "Qarabağ" 30 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alıb. "Araz-Naxçıvan" isə 23 xalla 6-cıdır.

Misli Premyer Liqası

II dövrə, XV tur

14 dekabr

14:00. "Kəpəz" – "Qəbələ"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.

VAR: Cavid Cəlilov.

AVAR: Emin Əliyev.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Yevlax şəhər stadionu

17:30. "Qarabağ" – "Araz-Naxçıvan"

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

"Azərsun Arena"

Qeyd edək ki, Turun daha əvvəl baş tutan görüşlərində "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" isə "Turan Tovuz"u (3:1) məğlub edib. Tura dekabrın 15-də yekun vurulacaq.

Digər xəbərlər