Azərbaycan millisinin oyununu türkiyəli referi idarə edəcək

Bakı. 7 may. REPORT.AZ/ Mayın 29-da Azərbaycan və Qırğızıstanın futbol üzrə yığma komandaları arasında keçiriləcək yoldaşlıq matçını Türkiyədən olan hakimlər briqadası idarə edəcək.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq görüşdə Ali Palabıyık fit çalacaq.

Ona Serkan Olguncan, İbrahim Çağlar Uyarcan və Alper Ulusoy kömək edəcəklər.

Digər xəbərlər