21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilməli olan İsveçrə–Azərbaycan oyunu təxirə salınıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar AFFA və İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılığa və UEFA-nın təsdiqinə əsasən qəbul olunub.
Qeyd edək ki, qarşılaşma martın 26-na nəzərdə tutulmuşdu.