Azərbaycan millisinin iki futbolçusu Rusiya klubu ilə müqavilə imzalayıb

Bakı. 7 avqust. REPORT.AZ/ Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçuları - Arzu Əliyeva və Vüsalə Hacıyeva karyeralarını Rusiyada davam etdirəcəklər.

"Report" AFFA-nın "facebook" səhifəsinə istinadən xəbər verir ki, hər iki oyunçu İjevsk "Torpedo"su ilə anlaşıb.

Onlarla imzalanan müqavilələrin müddəti barədə məlumat verilmir.

Digər xəbərlər