Azərbaycan millisinin futzalçısı "Araz-Naxçıvan"a keçib

Ötən mövsüm “Neftçi” İK-nın heyətində çıxış edən futzalçı Ülvi Əliyev “Araz-Naxçıvan”a keçib.

"Report" xəbər verir ki, 25 yaşlı oyunçu yeni mövsümdə ölkə çempionunun uğurları üçün çalışacaq.

Artıq “qırmızı-ağlar”ın təlim-məşq toplanışına qoşulan Ü.Əliyev debütünü gələn ay keçiriləcək UEFA Çempionlar Liqasının ilkin mərhələ oyunlarında edəcək.

Futzalçı Azərbaycan yığmasına məhz baş məşqçi Vitali Borisovun rəhbərliyi dövründə dəvət alıb.

Digər xəbərlər

Barselona Vilyarrealı məğlub edib 22 noyabr, 2026 / 21:20