Azərbaycan millisi Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək

Bakı. 25 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi barədə AFFA və Makedoniya Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç martın 27-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-da Antalyada Moldova yığması ilə qarşılaşacaq. 

Digər xəbərlər